Fransa Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı şikayətini GERİ GÖTÜRDÜbackend

Fransa Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı şikayətini GERİ GÖTÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa həbsdə olan vətəndaşlarla bağlı Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı şikayətini geri götürüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Beynəlxalq Ədalət Məhkəməsi Parisin tələbi ilə iki vətəndaşı Sesil Kohler və Jak Parinin həbsi ilə bağlı Fransanın İrana qarşı şikayətini rədd etdiyini açıqlayıb.

Qərar Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Fransa və İran prezidentlərinin görüşündən az sonra qəbul edilib.

Fransa daha əvvəl İranı Vyana Konvensiyasını pozmaqda ittiham etmiş və məhbusların ölüm cəzası ilə nəticələnən yeni ittihamlarla üzləşə biləcəyindən ehtiyat edərək Haaqa Məhkəməsinə şikayət etmişdi.

Jak Pari və Sesil Kohler 2022-ci ilin may ayından İranda casusluq ittihamı ilə həbsdədirlər.

Fransa iddia edir ki, onlar işgəncəyə bənzəyən şəraitdə saxlanılır və onlara lazımi konsulluq yardımı göstərilmir. İran bu ittihamları rədd edir.

Xuraman Etibarlı

İnterpress.az