Sixt-Fer-A-Şval dağlarında böyük torpaq sürüşməsi baş verib.
Interpress.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, Fransanın cənubunda, Sixt-Fer-A-Şval kommunasında dağlarda böyük torpaq sürüşməsi baş verib.
Təxminən 12 000 kubmetr torpaq bir kilometrdən artıq hündürlükdən aşağıya sürüşüb.
Hazırda məlumata görə, xəsarət alan olmayıb.
Xuraman Etibarlı
Interpress.az