Fransa Fələstin Muxtariyyətində səfirlik açmağı nəzərdən keçirir.
İnterpress.az xəbər verir ki, bu barədə Makronun Yaxın Şərq üzrə müşaviri Bronşteyn ilk olaraq İsrail televiziyasının 12-ci kanalına bildirib.
İlkin məlumatlara görə, Parisdə Fələstin səfirliyi və Fələstin Muxtariyyətində Fransanın səfirliyi açılması planlaşdırılır.
Bu addım Fransa tərəfindən Fələstin Dövlətinin tanınmasına diplomatik rəsmlik qazandıracaq və əgər Fransa səfirliyi açılarsa, ehtimal ki, o, Ramallada yerləşəcək.
Buna görə də, diplomat Bronşteynin sözlərinə görə, tərəflər arasında səfirliklərin qarşılıqlı açılması Fələstin Dövlətinin tanınması fonunda zəruri addımdır.
O qeyd edib ki, sabit Fələstin Dövləti İsrailin maraqlarına cavab verir və 7 oktyabr hadisələri Fələstin Dövlətinin mövcudluğu zamanı baş verməzdi.
Bronşteyn əlavə edib ki, belə bir dövlətin təmin edəcəyi stabillik faciənin qarşısını alardı.
Xuraman Etibarlı
İnterpress.az