Fransa “Sezar” qurğularının ehtiyatlarını doldurmaq üçün 85 milyon avro xərcləyəcəkbackend

Fransa “Sezar” qurğularının ehtiyatlarını doldurmaq üçün 85 milyon avro xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Ukraynaya verilmiş 18 “Sezar” özüyeriyən artilleriya qurğusunun əvəz olunması üçün 85 milyon avro xərcləyəcək.

Bu barədə ölkənin Silahlı Qüvvələrinin naziri Sebastyen Lekornyu bildirib.

Onun sözlərinə görə, bu silahların Ukrayna tərəfinə verilməsi nəticəsində ehtiyatlar 1/4 dəfə azaldılıb.

“85 milyon avroluq paket bizə bu əlavəni həyata keçirməyə imkan verəcək. Məsələ atıcılarımızın təlim və tədris planlarına xələl gətirməməkdən ibarətdir”, – nazir Senatın Xarici İşlər və Müdafiə Komitəsində dinləmələr zamanı izah edib.

S.Lekornu qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl Fransada 76 Sezar özüyeriyən silah var idi. Bir qurğunun istehsalı il yarımdan çox vaxt aparır.

“Artilleriya mərmilərinin ehtiyatları gələn il doldurulacaq”, – deyə fransalı nazir əlavə edib.