Fransa XİN: Azərbaycan səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirikbackend

Fransa XİN: Azərbaycan səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Parisdəki Azərbaycan səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik”.

Bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.

“Fransa hökumətinin səlahiyyətliləri səfirliyin təhlükəsizliyini bərpa etmək və normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıqdırlar”, – məlumatda deyilir.

Qeyd edək ki, sentyabrın 18-də Azərbaycan Respublikasının Fransadakı səfirliyinin inzibati binasına bir neçə radikal erməni qrup üzvünün zorla daxil olmağa cəhd ediblər. Nəticədə inzibati binaya və ətraf əraziyə maddi ziyan dəyib.