Fransada fermerlər məhsulun üçdə birindən məhrum oldularbackend

Fransada fermerlər məhsulun üçdə birindən məhrum oldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il fransız fermerlərin meyvə və tərəvəz məhsulu havanın çox quraq keçməsi səbəbindən demək olar ki, 35% azalıb.

Bu barədə avqustun 16-da Fransa Milli Tərəvəz İstehsalçıları Assosiasiyasının prezidenti Jak Ruşasset məlumat verib.

O, qeyd edib ki, sudan istifadəyə dair qəbul edilmiş məhdudiyyətlərin ərzaq təhlükəsizliyini və fransızların müstəqilliyini təmin etmək üçün daha yaxşı uyğunlaşdırılması lazımdır.

Ruşasset onu da əlavə edib ki, hökumət fermerlər üçün dövlət dəstəyi proqramları təşkil etməlidir, çünki onlar olmasa, Fransa bütün meyvə və tərəvəzləri başqa ölkələrdən idxal etməyə məcbur olacaq.

Mənbə: İzvestiya