Futbol matçında KÜTLƏVİ İĞTİŞAŞ – Yüzlərlə yaralı, onlarla həbs – FOTOLARbackend

Futbol matçında KÜTLƏVİ İĞTİŞAŞ – Yüzlərlə yaralı, onlarla həbs – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinada Cənubi Amerika Kuboku çərçivəsində keçirilən oyun kütləvi iğtişaşlar səbəbindən yarımçıq dayandırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Argentina mediası məlumat yayıb. Argentinada Cənubi Amerika Kuboku çərçivəsində “İndependyente” və “Universidad de Çili” klubları arasında keçirilən oyun kütləvi iğtişaşlarla yarımçıq dayandırılıb.

Buenos-Ayresin ətrafında baş tutan görüş 1:1 hesabı ilə gedərkən tribunada toqquşmalar başlayıb.

Məlumatına görə, hadisə nəticəsində təxminən 200 nəfər müxtəlif xəsarətlər alıb, polis isə 100-dən çox azarkeşi saxlayıb.

Toqquşmalar ikinci hissənin əvvəlində Çilidən gələn fanatların tribunada oturacaqları yandırması və işıqlı fişəngləri meydançaya atması ilə başlayıb. Buna görə futbolçular və hakimlər meydanı tərk etmək məcburiyyətində qalıb.

Sosial şəbəkələrdə yayılan kadrlarda tribunadan 30 metrdən yıxılan çilili fanat və argentinalı azarkeşlərin qonaq komandanın tərəfdarını soyunduraraq döyməsi əksini tapıb.

Çili prezidenti Qabriel Borik sosial şəbəkədə baş verənləri qətiyyətlə pisləyib və məsul şəxslərin ədalət qarşısında cavab verəcəyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az