Ukraynada futbolçu meydanda rus dilindən istifadə etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Bildirilir ki, Kiyev vilayətində futbolçu meydanda rus dilindən istifadə etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb.
Məlumata görə, insident Odessa komandasının oyunçusu İrina Mayborodinanın xəbərdarlıq aldığı “Kolos-Sisters” matçı zamanı baş verib.
Hakim deyir ki, Ukraynada insan ukrayna dilində danışmalıdır.
Xuraman Etibarlı
İnterpress.az