Gədəbəy Rayon İcra Hakimiyyətində icra başçısının qəbulu zamanı baş vermiş hadisə ilə bağlı AÇIQLAMAbackend

Gədəbəy Rayon İcra Hakimiyyətində icra başçısının qəbulu zamanı baş vermiş hadisə ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəy rayonunun Slavyanka kənd sakini,23.05.1980-ci ildə anadan olmuş Hümbətova Tamara Qəməndər qızı 13 iyul 2017-ci il tarixdə qonşu mübahisəsi ilə bağlı cinayət hadisəsi törətdiyinə görə təqsirli bilinərək Gədəbəy Rayon Məhkəməsinin 08.02.2018 tarixli hökmü ilə 1 il müddətinə islah işləri cəzasına, 30.10.2019-cu il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında xuliqanlıq etdiyinə görə isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, 24.02.2022-ci il tarixdəGədəbəy RİH-də xuliqanlıq etdiyinə görə məhkəmənin qərarı ilə 5 gün müddətinə inzibati qaydada həbs edilmişdir.

Əlavə olaraq bildiririk ki, Gədəbəy RİH başçısının əvvəlcədən müəyyən edilmiş vətəndaşların qrafikinəuyğun olaraq 19.08.2022-ci il tarixdə T.Hümbətova  RİH-in inzibati binasında qəbulda iştirak edən vətəndaşlara, RİH-in əməkdaşlarına, həmçinin şəhid ailələri və müharibə iştirakçılarına qarşı təhqiredici hərəkətlər edərək qəbul prosesini pozmuşdur. Bu səbəbdən Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə o, 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir.

T.Hümbətova məhkəmə zalında da qeyrietik və kobud hərəkətlər etdiyi üçün məhkəmə tərəfindən barəsində cinayət işi açılması ilə əlaqədar prokurorluğa məktub göndərilmişdir.

Məlumat üçün bildiririk ki, T.Hümbətovanın müraciəti əsasız və böhtan xarakterlidir. O, dəfələrlə  RİH başçısı tərəfindən qəbul edilm müraciəti ilə bağlı ona izahaty verilmişdir. Eyni zamanda qeyd etmək istəyirik ki, T.Hümtovanın yaxın qohumlarının Vətən müharibəsi iştirakçısı olması həqiqətə uyğun deyildir.