Moskva vilayətində gənc oğlan özünü oxla vurub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
O, oxu atıb, ox ağacdan rikoşet edib və körpücük sümüyü ilə birinci qabırğa arasına girib, ağciyəri dərin şəkildə zədələyib.
Qan damarları yaradan cəmi millimetr məsafədə yerləşirdi, bu isə ölümcül qanaxmaya səbəb ola bilərdi.
O, təcili olaraq xəstəxanaya çatdırılıb, burada cərrahlar oxu ehtiyatla çıxarıblar, ağciyəri tikiblər və drenaj quraşdırıblar.
Hazırda onun vəziyyəti sabitdir, o, cərrahiyyə şöbəsində qalır.
Xuraman Etibarlı
İnterpress.az