Gəncədə ağır yol qəzası baş verib.
İnterpress.az-ın məlumatına görə, hadisə Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən “Gəncə hotel”in qarşısında baş verib.
1995-ci il təvəllüdlü Nicat Abdullayev idarə etdiyi “Opel” markalı minik avtomobili ilə 1997-ci ildə anadan olmuş, Kəlbəcərin Aşağı Ayrım kənd sakini Abdullayev Roman Nizam oğlunu vurub. Ağır xəsarət alan piyada xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.