Göygöldə avtomobil qəzası olub, xəsarət alanlar varbackend

Göygöldə avtomobil qəzası olub, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

İnterpress.az-ın məlumatına görə, “VAZ-2106” və “UAZ” markalı avtomobillər toqquşub.

Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ” markalı avtomobilin sürücüsü – 1958-ci il təvəllüdlü Z.Süleymanov və onun sərnişini R.Fəzliyeva xəsarət alıblar.

Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “VAZ” markalı avtomobil taksi kimi fəaliyyət göstərib.