Gözətçi sevgilisini həbsxanadan qaçırdı – FOTObackend

Gözətçi sevgilisini həbsxanadan qaçırdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada keçmiş həbsxana gözətçisi ömürlük həbsə məhkum edilmiş qatilə aşiq olduqdan sonra onu həbsxanadan qaçırıb.

Məlumata görə, 1995-ci ildə törətdiyi qətlə görə məhkum edilən Stiven Arçer həbsxanada Ceyn adlı nəzarətçi ilə tanış olub. Bir müddət sonra onlar arasında eşq macərası başlayır. Cütlük nikaha daxil olmasa da gözətçi qadın hətta məhkumun soyadını götürür. Bir müddət sonra isə sevgilisini Derbişirdəki həbsxanadan qaçırmaq qərarına gəlir və buna nail olur.

Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra onlar Folkestona yollanırlar. Burada qadın sevgilisinə mobil telefon verir özü isə Roterhemə yollanır. Doqquz gündən sonra görüşən cütlük maşınla Mançesterə tərəf yollanarkən yolda saxlanılırlar; Arçer həbsxanaya qaytarılır, qadın isə məhkəmədən sonra 18 aylıq şərti həbs cəzasına məhkum edilib. Məhkəmə sınaq müddəti çərçivəsində qadına 200 saat ictimai iş və reabilitasiya kursu təyin edib.

 

Mənbə: Daily Mail