GTA 5 oyununun yayımı QADAĞAN EDİLDİ – VİDEObackend

GTA 5 oyununun yayımı QADAĞAN EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə GTA 5 videosunun yayımını qadağan edib.

İnterpress.az xəbər verir ki, söhbət YouTube-da dərc olunan Slow Motion & Epic Kills adlı kadrlardan gedir.

Məhkəmə “öldürmələrin zəruriliyi barədə məlumat” ehtiva etdiyi qənaətinə gəldiyi GTA 5 oyunundan çəkilmiş videonun yayımını qadağan edib.

Videoda oyunçu NPC-lərə atəş açır. Prokurorluq hesab edib ki, bu video “uşaqların müdafiəsi haqqında qanunu” pozur.

Hakim isə belə məzmunun “kütləvi iğtişaşlar və terror aktları zamanı istifadə oluna biləcəyini” bildirib.

Videonun müəllifi isə bunun sadəcə olaraq oyunun gameplay və fizikasının nümayişi olduğunu vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az