Gündə cəmi 1 dəqiqə hərəkət ömrü uzada bilər – Alimlərbackend

Gündə cəmi 1 dəqiqə hərəkət ömrü uzada bilər – Alimlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəmi 1 dəqiqəlik məşq ömrü uzada bilər.

İnterpress.az xəbər verir ki, bununla bağlı Böyük Britaniya alimləri araşdırma aparıb.

Bir dəqiqəlik aktiv hərəkət belə sağlamlığa ciddi fayda verir. Alimlərin araşdırmasına görə, hər gün cəmi 60 saniyəlik fiziki aktivlik insult riskini azalda və ömrü uzada bilər.

Mütəxəssislər qeyd edir ki, gündəlik həyatda edilən qısa hərəkətlər — pilləkənləri sürətlə qalxmaq, uşaqların dalınca qaçmaq və ya ağır çanta daşımaq — belə faydalıdır.

Belə qısa hərəkətlərin gündə cəmi bir dəqiqə davam etməsi, növbəti 6 ildə ölüm riskini 38% azaldır. Üstəlik, həmin dəqiqə bir dəfəyə deyil, bir neçə 10 saniyəlik “partlayışlarla” da ola bilər.

Bununla yanaşı, həkimlər bildirirlər ki, real sağlamlıq faydası üçün bu kifayət deyil. Böyük Britaniya Səhiyyə Sistemi tövsiyə edir ki, böyüklər həftədə ən azı 150 dəqiqə orta intensivlikdə və ya 75 dəqiqə yüksək intensivlikdə fiziki aktivlik etməlidir.

Xuraman Etibarlı

İnterpress.az