Günəş “DƏLİ OLUR” — Alimlər aktivliyində kəskin artım MÜŞAHİDƏ EDİR – VİDEObackend

Günəş “DƏLİ OLUR” — Alimlər aktivliyində kəskin artım MÜŞAHİDƏ EDİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günəş dəli olmağa davam edir və indi “Milad ağacı”na bənzəyir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.

Günəşdə son günlər qeydə alınan güclü partlayışlar ulduzun sol kənarında intensiv işıqlanma yaradıb.

Məlumata görə, Günəş bu günlərdə “yenidən dəli kimi davranmağa” başlayıb və görüntüsü parlaq işıqlarla bəzədilmiş “yeni il şam ağacını” xatırladır.

Alimlərin bildirdiyinə görə, ulduzun aktivliyi ötən həftəsonu yüksəlməyə başlayıb və bu proses bir neçə gün davam edə bilər.

Bu isə o deməkdir ki, yaxın günlərdə yeni güclü günəş partlayışları və maqnit qasırğaları baş verə bilər.

Qeyd edək ki, belə partlayışlar Yer kürəsində texnoloji sistemlərə — peyklərə, rabitə və enerji şəbəkələrinə təsir göstərə, həmçinin qütb işıqlarının görünməsini təmin edə bilər.

Xuraman Etibarlı

İnterpress.az