Gürcüstan-Çin strateji tərəfdaşlıq bəyannaməsi konstitusiyaya ziddir.
İnterpress.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili deyib..
Onun sözlərinə görə, 2023-cü ildə imzalanana qədər ölkədə heç kim sənədin mətnini, o cümlədən parlamentdə görməyib.
“Mən əmin deyiləm ki, hətta baş nazirin özü də bunu əvvəlcədən görüb”, – o deyib.
Eks-prezident Gürcüstanın ərazi bütövlüyünün tanınması məsələsi ilə bağlı sənədin “balanssızlığına” diqqət çəkib.
“Mətndə Gürcüstanın “Vahid Çin” prinsipini tanıdığı xüsusi qeyd olunan bənd var. Çin isə bütün dünyada ərazi bütövlüyü və suverenlik prinsipini tanıyır, lakin Gürcüstanın adı xüsusi qeyd olunmur”, – Zurabişvili bildirib.
Xuraman Etibarlı
İnterpress.az