Gürcüstan Hava Yolları Tbilisi – Sankt Peterburq üzrə uçuşlara başlayırbackend

Gürcüstan Hava Yolları Tbilisi – Sankt Peterburq üzrə uçuşlara başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Hava Yolları dekabrın 10-dan Tbilisidən Sankt-Peterburqa uçuşlara başlayacaq.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Uçuşlar həftədə iki dəfə olmaqla hər həftənin çərşənbə və bazar günləri baş tutacaq.

Məlumat üçün bildirək ki, 4 illik fasilədən sonra Gürcüstanın “Georgian Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bu ilin may ayında Rusiyaya birbaşa uçuş həyata keçirib.