Gürcüstan prezidenti Trampa ABŞ-la münasibətlərə “sıfırdan” başlamağı təklif edib.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Kavelaşvili Nyu Yorka səfərini yekunlaşdırarkən jurnalistlərə bildirib.
O bəyan edib ki, amerikalı həmkarı Trampla BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirdiyi görüşdə o, iki ölkə arasında münasibətlərin yeni başlanğıcını təklif edib.
Gürcüstan prezidenti deyib: “Mən ABŞ prezidentinə münasibətlərimizi sıfırdan başlamağın vaxtının yetişdiyini bildirdim. O, bu məsələni izləyəcəyini və bu mövzuya qayıdıb mənimlə əlaqə saxlayacağına söz verdi və biz cavab gözləyəcəyik”.
Kavelaşvili əlavə edib ki, o, ABŞ-nin ticarət naziri Latniklə də görüşüb.
Xuraman Etibarlı
İnterpress.az