Prezident Kavelaşvili Trampdan Gürcüstana diqqət göstərməsini istəyib.
İnterpress.az xəbər verir ki, Gürcüstan prezidenti, keçmiş futbolçu Mixail Kavelaşvili ABŞ prezidenti Donald Trampa açıq məktub yazıb.
O, Trampdan ölkəsinə daha çox diqqət ayırmasını tələb edib.
Kavelaşvili açıq məktubunda Trampın Gürcüstanın qonşularına onun ölkəsindən daha çox önəm verdiyini qeyd edib.
O, xüsusilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin vasitəçiliyini, Türkiyə və Rusiya ilə fəal əməkdaşlığı misal gətirib, həmçinin Ağ Evi Gürcüstana yetərincə diqqət ayırmamaqda ittiham edib.
Xuraman Etibarlı
İnterpress.az