Gürcüstan sərhədlərlə bağlı yeni sistem tətbiq etməyə hazırlaşırbackend

Gürcüstan sərhədlərlə bağlı yeni sistem tətbiq etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Azərbaycan, Ermənistan və Türkiyə ilə sərhədlərdə “bir dayanacaq” prinsipini tətbiq etməyi planlaşdırır.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə naziri Laşa Xutişvili açıqlama verib.

Nazir qeyd edib ki, hazırda “bir dayanacaq” prinsipi Gürcüstanın bütün avtomobil keçid məntəqələrində fəaliyyət göstərir.

Laşa Xutişvili əlavə edib ki, qlobal təchizat zənciri üçün təkcə bir ölkədə modernləşdirilmiş formallıqlar deyil, həmçinin gömrük xidmətinin çevikliyi və elastikliyi tələb olunur.