Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri hökuməti devirməyə çağırışlara görə həbslər dalğası barədə xəbərdarlıq edib.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
Gürcüstan Təhlükəsizlik Xidmətinin rəhbəri Mamuka Mdinaraadze xəbərdarlıq edib ki, hakimiyyətin zorla devrilməsinə çağırışlar cinayət məsuliyyəti daşıyır və bu, həbslərlə nəticələnəcək.
O bildirib ki, hətta zorakı aksiyaların planlaşdırılması da dövlətin sərt reaksiyasına səbəb olacaq.
Mdinaraadze vətəndaşlara yalnız qanun çərçivəsində etiraz etməyi tövsiyə edib və qeyd edib ki, Gürcüstan seçkiləri layiqincə keçirəcək və dövlət daha da güclənəcək.
Xuraman Etibarlı
İnterpress.az