Gürcüstanda 12 müxalif deputatın mandatı BƏRPA OLUNDUbackend

Gürcüstanda 12 müxalif deputatın mandatı BƏRPA OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamenti eks-premyer Georgi Qaxariyanın “Qaxariya – Gürcüstana doğru” partiyasının 12 üzvünün deputat səlahiyyətlərini tanıyıb.

Interpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

2 iyul tarixində bu deputatların səlahiyyətləri onların plenar iclasların yarısından çoxunu buraxmalarına görə dayandırılmışdı.

Partiya həmçinin 6 ay müddətinə dövlət maliyyələşməsindən məhrum edilmişdi.

Qaxariya əvvəlcə deputat mandatlarından imtina edilməsini səhv adlandırmış və partiyasının üzvlərinin parlamentə qayıtma imkanını istisna etməmişdi.

Xuraman Etibarlı

Interpress.az