Gürcüstanda Azərbaycanın Müstəqillik Günü qeyd olunacaqbackend

Gürcüstanda Azərbaycanın Müstəqillik Günü qeyd olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Milli Məclisin deputatı, Gürcüstanla parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev mayın 26-da Gürcüstanın paytaxtı Tbilisi şəhərinə yola düşəcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputatımız səfər çərçivəsində Azərbaycan səfirliyinin təşkilatçılığı ilə  28 may – Azərbaycan Respublikasının Müstəqillik Gününün 104-cü ildönümünə həsr edilmiş rəsmi qəbula qatılacaq. Arzu Nağıyev tədbirdə  Azərbaycanın keçdiyi tarixi yol barədə danışacaq, müstəqillik illərində qazandığı uğurlar barədə məlumat verəcək.

Rəsmi qəbulda Gürcüstanın rəhbər vəzifəli şəxslərinin iştirakı nəzərdə tutulub.

Səfər mayın 28-də başa çatacaq.