Gürcüstanda azərbaycanlı əsgərə işgəncə verilibbackend

Gürcüstanda azərbaycanlı əsgərə işgəncə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tiflisdə hərbi hissələrin birində əsgərlər arasında dava düşüb. 5 nəfər gürcü əsgər tərəfindən, Marneulidən olan yerli azərbaycanlı əsgərin döyüldüyü bildirilir.

İnterpress.az xəbər verir ki, baş verən hadisə hərbi xidmətdəki digər etnik azərbaycanlıların ciddi etirazına səbəb olub və aralarında mübahisələr yaranıb.

Məlumata görə, bir neçə əsgər tərəfindən döyülən şəxs Marneuli sakini Yusif Keçəlovdur. Baş verən insidentdən sonra o xəstəxanaya aparılıb.

Əsgərin valideyinləri hadisəni təsdiq edərək bildiriblər ki, hadisə baş verəndən sonra rayon meri Zaur Darğallı onları ziyarət edib hadisənin kənara çıxmamsını onlardan xahiş edib.

Zərərçəkən əsgərin atası müsahibəsi zamanı hadisənin ictimailəşdirilməsini istəmədkilərini bildiriblər.

Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib ki, əsgərə qarşı fiziki zorakılıq faktı üzrə araşdırma başlayıb. Araşdırmanı nazirliyin Hərbi polis departamenti aparır.

Qurumdan verilən xəbərə görə, günahkarlara qarşı qanunla nəzərdə tutulan bütün tədbirlər həyata keçiriləcək.