Gürcüstanda “Milli Hərəkat”ın Batumi təşkilatının üzvləri Qiorqi Kirtadze və Mirdat Kamadadze partiyanı tərk ediblər.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Batumi Şəhər Şurasındakı “Milli Hərəkat” fraksiyasının 7 deputatı da “Milli Hərəkat”ı tərk edib.
Brifinqdə “Milli Hərəkat”ın Batumi təşkilatının üzvləri bəyan ediblər: “Bütün birlik şanslarını tükətmişik, partiyanı tərk edirik”.
Bundan əlavə, Qiorqi Kirtadzenin qeyd etdiyinə görə, onlar daha qələbə perspektivi olmayan yerdə qalmayacaqlar.
“Qələbə perspektivi olmayan yerdə qalmayacağıq. Onlar bizə bildirdilər ki, əgər biz manifestə imza atmasaq, partiyada qala bilməyəcəyik və hesab edirik ki, manifest partiyanı parçalamaq məqsədi daşıyırdı”, – Qiorqi Kirtadze bildirib.
“Milli Hərəkat”ın keçmiş üzvləri yeni təşkilat yaratmaqdan, Nika Melia ilə əməkdaşlıqdan danışmasalar da, siyasi fəaliyyətlərini və mübarizələrini yeni platformada davam etdirəcəklərini deyiblər.