Gürcüstanda hökumət əleyhinə aksiyalarda iştirak edən 8 nəfər MƏHKUM EDİLDİbackend

Gürcüstanda hökumət əleyhinə aksiyalarda iştirak edən 8 nəfər MƏHKUM EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda hökumət əleyhinə etiraz aksiyalarının 8 iştirakçısı 2 və 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Interpress.az xəbər verir ki, bu barədə yerli Birinci Kanal məlumat yayıb.

Onlar «Qrup halında ictimai qaydanı pozan hərəkətlərin təşkili və ya iştirak» ittihamı ilə günahlandırılıblar. Bəzilərinə 2 il 6 ay, digərlərinə isə 2 il həbs cəzası verilib.

Hakimin sözlərinə görə, noyabrın 28-dən dekabrın 3-dək aksiyanın iştirakçıları Rustaveli prospektində müxtəlif əşyalar ataraq barikadalar qurublar.

Nəticədə parlament binası, meriya əmlakı və infrastruktur obyektləri zədələnib.

Xuraman Etibarlı

Interpress.az