Gürcüstanda rusiyalı 8 il 6 ay müddətinə azadlıqdan MƏHRUM EDİLDİbackend

Gürcüstanda rusiyalı 8 il 6 ay müddətinə azadlıqdan MƏHRUM EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda etiraz aksiyalarında iştirak edən rusiyalı 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Bildirilir ki, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən anti-hökumət aksiyalarında iştirak edən rusiyalı Anton Çeçinə hökm oxunub.

O, 2024-cü ildəki etirazlarda iştirakına görə və böyük həcmdə narkotik vasitələrin qanunsuz saxlanması ittihamı ilə Tbilisidəki məhkəmə tərəfindən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Çeçin ittihamları qəbul etməyib və özünü təqsirsiz hesab edib.

Xuraman Etibarlı

İnterpress.az