Hacıqabulda ailə üzvləri yol qəzasına düşdü: Ölən və yaralananlar varbackend

Hacıqabulda ailə üzvləri yol qəzasına düşdü: Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabulda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə səhər saatlarında Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil digər minik maşını ilə toqquşub. Qəza nəticəsində Tovuz rayonunun Ayıblı kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yəhya oğlu hadisə yerində keçinib, Qəza zamanı daha üç nəfər – Tovuz rayon sakinləri: 1953-cü il təvəllüdlü Hüseynov Vaqif Yəhya oğlu, 1960-cı il təvəllüdlü Hüseynova Sədaqət Yəhya qızı və 1995-ci il təvəllüdlü Hüseynov Elşən Fazil oğlu isə xəsarət alıb. Yaralılar Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

İnterpress.az