Qarabağdan qaçan separatçı general Samvel Babayan hazırda Ermənistanda baş verənləri gülünc və ikinci dərəcəli məsələ adlandırıb.
İnterpress.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
“Vəziyyət aşağıdakı kimidir.
Xırda məsələlərin qabardılması – 4 kəndin verilməsi, konstitusiyanın dəyişdirilməsi və sair məsələləri həll etməyəcək.
Əsas problem Azərbaycanın tələb edəcəyi Zəngəzur dəhlizidir.
Biz nə edəcəyik? Biz əsas məsələni kənara qoymuşuq və ikinci dərəcəli məsələlərlə məşğul oluruq.
Həmin yol, “sülhün kəsişməsi” adlanan yol yeni müharibəyə aparan birbaşa yoldur.
Nikol Paşinyan çoxdan istefa verməli idi. Müxalifət mandatlarından imtina etməli və növbədənkənar seçkilərin keçirilməsini tələb etməlidir. Bu həll yoludur”, – Samvel Babayan bildirib.
Xuraman Etibarlı
İnterpress.az