Həbs olunduğu xəbəri yayılan XİN rəhbəri ilk dəfə AÇIQLAMA VERDİ – VİDEObackend

Həbs olunduğu xəbəri yayılan XİN rəhbəri ilk dəfə AÇIQLAMA VERDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu barəsində yayılan həbs xəbərlərini təkzib edib.

İnterpress.az xəbər verir ki, Nurtleu bu açıqlamanı parlament binasında prezidentin xalqa müraciəti ərəfəsində çıxış edərkən verib.

Nazir bildirib ki, bu məlumat əsassızdır, lakin onu yayan şəxsə qarşı məhkəməyə müraciət etməyəcək.

Bundan əvvəl bəzi KİV-lərdə nazirin və Milli Təhlükəsizlik Komitəsinin əməkdaşlarının saxlanılması barədə məlumat yayılmışdı.

Mədəniyyət və informasiya naziri Aida Balayeva isə jurnalistləri dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırmışdı.

Xuraman Etibarlı

İnterpress.az