İrəvanda Qaqik Tsarukyana məxsus “Arinc moll” ticarət mərkəzinin bir hissəsi möhürlənib
İnterpress.аz xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları İrəvanda yerləşən məşhur “Arinc moll” (Arinj Mall) ticarət mərkəzinin ticarət pavilyonlarının bir hissəsini möhürləyiblər. Bu barədə qərar rəsmi araşdırmalar çərçivəsində qəbul edilib.
Qeyd edək ki, “Arinc moll” ticarət mərkəzinin sahibi ölkədə hazırda həbsdə olan milyarder iş adamı, müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyandır.
Sözügedən möhürlənmə prosesi Tsarukyanın mülkləri və biznes aktivləri ilə bağlı davam edən hüquqi araşdırmaların növbəti mərhələsidir.
Xuraman Etibarlı
İnterpress.аz






