Nişan üzüyü hasara ilişən qadının barmağı QOPDU – FOTObackend

Nişan üzüyü hasara ilişən qadının barmağı QOPDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada gənc qadın nişan üzüyü səbəbindən barmağını itirmək təhlükəsi ilə üzləşib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvada yaşayan gənc qadın nişan üzüyü səbəbindən dəhşətli zədə alıb və az qala barmağını tamamilə itirəcəkdi. Bədbəxt hadisə onun bağ evində olarkən baş verib.

Qadın hərəkət zamanı təsadüfən barmağındakı nişan üzüyü həyətdəki hasara ilişib və əlini kəskin şəkildə geri dartıb.

Bu qəfil və kəskin hərəkət nəticəsində gənc qadının barmağı demək olar ki, tamamilə qopmaq dərəcəsinə gəlib.

Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb və həkim-cərrahlar tərəfindən təcili əməliyyat olunub.

Çətin tibbi müdaxilə sayəsində qadının barmağını yerinə tikərək xilas etmək mümkün olub, lakin onun tam sağalması üçün hələ bir müddət reabilitasiya keçməli olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.аz