Misirdə ana və qızı güclü yanğında diri-diri yanaraq tələf olublar.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Misirdə yaşayış binasında baş verən dəhşətli yanğın zamanı faciəvi hadisə qeydə alınıb. Alovlar içində qalan mənzildə sıxışıb qalan ana və onun azyaşlı qızı diri-diri yanaraq dünyasını dəyişiblər.
Hadisənin kədərli və dəhşətli görüntüləri ətrafdakı şahidlər tərəfindən lentə alınıb.
Zərərçəkənlər pəncərəyə yaxınlaşaraq fəryad edib kömək istəsələr də, hadisə yerinə gələn xilasedicilər və yanğınsöndürənlər kəskin alov səbəbindən vaxtında onlara yetişə bilməyiblər.
Alovun sürətlə yayılması xilasetmə əməliyyatını kəskin şəkildə çətinləşdirib.
Yanğının şiddətlənməsi nəticəsində azyaşlı qızın yanmış cəsədi pəncərədən aşağı düşüb və bu mənzərə ətrafdakı şahidlərin gözü qarşısında böyük sarsıntıya səbəb olub.
Hazırda yerli rəsmi qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır.
Xuraman Etibarlı
İnterpress.аz






