Partlayan “powerbank” çarpayını KÜL ETDİ: Gənc qız ağır yanıq xəsarətləri ALDI – FOTO/VİDEObackend

Partlayan “powerbank” çarpayını KÜL ETDİ: Gənc qız ağır yanıq xəsarətləri ALDI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada gecə vaxtı partlayan “powerbank” gənc qızın kürəyini yandırıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvada gecə saatlarında doldurulan portativ enerji qurğusu (“powerbank”) partlayaraq məşhur “Moskva-Siti” göydələnində böyük yanğın təhlükəsi yaradıb.

24 yaşlı Anna adlı gənc qız yatmazdan əvvəl “powerbank”ı adəti üzrə cərəyana qoşub. Çarpayıda uzandığı vaxt qəfildən qəribə fısıltı səsi eşidən qızın dərhal sonra qarşısında güclü alov partlayışı baş verib.

Enerji qurğusu saniyələr ərzində alovlanıb və alov dərhal çarpayıdakı yorğana, eləcə də çarpayıda uzanan qızın kürək nahiyəsinə keçib.

Gənc qız çətin vəziyyətdə təşvişə düşməyərək həm öz üzərindəki, həm də çarpayıdakı alovu söndürməyə nail olub. Hadisə nəticəsində o, kürəyindən geniş və ciddi yanıq xəsarətləri alıb.

Hadisənin baş verdiyi mənzilin “Moskva-Siti” kompleksinin göydələnlərindən birinin yüksək mərtəbəsində yerləşməsi təhlükənin miqyasını daha da artırıb.

Mütəxəssislər bu cür yüksək mərtəbədə baş verə biləcək irimiqyaslı yanğının söndürülməsinin son dərəcə çətin olacağını bildiriblər.

Xuraman Etibarlı

İnterpress.аz