Kolumbiyada korrida zamanı buğa kişinin kürəyini parçalayaraq onu öldürüb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kolumbiyada keçirilən korrida zamanı dəhşətli bədbəxt hadisə baş verib. Qəzəbli buğa arenadakı Xose adlı kişiyə qəfildən hücum edərək onun kürək nahiyəsinə olduqca ağır və dərin xəsarət yetirib.
Hadisə arenaya toplaşan çoxsaylı tamaşaçıların gözü qarşısında cərəyan edib.
Ağır xəsarət alan Xose dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, kəskin daxili qanaxma səbəbindən ölüb.
Bu qanlı hadisə həm sosial şəbəkələrdə, həm də Kolumbiya dövlət səviyyəsində geniş müzakirələrə səbəb olub.
Vətəndaşlar bu növ kütləvi tədbirlərdə təhlükəsizlik zəmanətinin olmamasından narazılıqlarını bildirərək, buğalarla təşkil edilən təhlükəli şouların ölkə miqyasında tamamilə qadağan edilməsi tələbini irəli sürüblər.
Xuraman Etibarlı
İnterpress.аz






