Həftəsonu Xankəndidə 27 silah aşkarlanıbbackend

Həftəsonu Xankəndidə 27 silah aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 3 və 4-də Xankəndi şəhəri ərazisində 27 silah və sursat aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, 2 ədəd avtomat silahı, 24 ədəd müxtəlif markalı tapança, 1 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 54 ədəd patron darağı, 1609 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.