HƏMAS 2 rusiyalı məhbusu azad edibbackend

HƏMAS 2 rusiyalı məhbusu azad edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS bəyan edib ki, blokada altındakı Qəzza zolağında əsir saxlanılan iki Rusiya vətəndaşı Rusiya prezidenti Vladimir Putinin səylərinə cavab olaraq azad edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

HƏMAS-ın verdiyi açıqlamada azad edilən iki məhbusun Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmilərinə təhvil verildiyi bildirilib. Açıqlamada Putinin səylərinə cavab olaraq 2 Rusiya vətəndaşının azad edildiyi bildirilib. Digər tərəfdən İsrail mətbuatı sözügedən əsirlərin Rusiya vətəndaşı olan iki israilli olduğunu yazıb.

Noyabrın 26-da da Həmas Putinin səylərinə cavab olaraq yenə də Rusiya vətəndaşlığı olan bir israilli məhbusu azad edib.