HƏMAS Haniyənin varisinin təyin edilməsi ilə bağlı xəbərləri təkzib edib.
interpress.az xəbər verir ki, bu barədə HƏMAS Siyasi Büro üzvü ər-Rişq bildirib.
“Bəzi media və sosial şəbəkələrdə müəyyən adların hərəkatın rəhbəri vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Hərəkat məsləhətləşmələrin nəticələrini yekunlaşan kimi elan edəcək”, – ər-Rişq deyib.
Xatırladaq ki, bu gün səhər saatlarında Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalı Məhəmməd İsmayıl Dərvişin HƏMAS Siyasi Bürosunun müvəqqəti rəhbəri təyin edilməsi barədə məlumat yayıb.
Xuraman Etibarlı
İnterpress.az