HƏMAS-ın hərbi qanadının maliyyəçisi ÖLDÜRÜLDÜbackend

HƏMAS-ın hərbi qanadının maliyyəçisi ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza sektorunda HƏMAS-ın hərbi qanadının maliyyəçisi məhv edilib.

Interpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail Ordusu və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) tərəfindən bu həftə keçirilən birgə əməliyyat zamanı HƏMAS-ın hərbi qanadında çalışan maliyyəçi Nur əl-Din Dabbaqş məhv edilib.

Məlumata görə, münaqişə dövründə Dabbaqş HƏMAS-ın hərbi qanadına on milyonlarla dollar toplayıb və ötürüb.

Bu vəsaitlər hərbi qanadın gücləndirilməsi və təşkilatın hərbi fəaliyyətlərinin maliyyələşdirilməsi üçün istifadə olunub.

İsrail ordusunun mətbuat xidməti bildirir ki, bu pullar HƏMAS-ın Qəzza sektorundakı döyüş əməliyyatlarının davam etməsini və təşkilatın yaşamasını təmin edirdi.

Xuraman Etibarlı

Interpress.az