HƏMAS-la döyüşlərdə həlak olan İsrail hərbçilərinin sayı 406-ya çatıbbackend

HƏMAS-la döyüşlərdə həlak olan İsrail hərbçilərinin sayı 406-ya çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağındakı döyüşlərdə İsrail Müdafiə Ordusunun daha iki hərbçisi ölüb.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb.

Məlumata görə, ölənlərdən biri kapitan, o biri isə istefada olan mayordur.

Bildirilib ki, bununla da İsrail Müdafiə Ordusunun Qəza zolağının şimalında ölən hərbçilərinin sayı 80, ümumilikdə isə 406-ya çatıb.

Qeyd edək ki, HƏMAS oktyabrın 7-də İsrailə hücum edib. İsrail Müdafiə Ordusu isə oktyabrın 27-dən Qəzza zolağında əməliyyata başlayıb.