HƏMAS Qəzzada hərbi idarə qorxusu fonunda hərtərəfli razılaşma istəyir – “Ynet”backend

HƏMAS Qəzzada hərbi idarə qorxusu fonunda hərtərəfli razılaşma istəyir – “Ynet”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS İsrailin Qəzzada daimi hərbi administrasiya quracağından qorxduğu halda hərtərəfli razılaşma əldə etməyə çalışır.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” fələstinli mənbələrə istinadla məlumat yayıb.

HƏMAS İsrailin Qəzzada daimi hərbi administrasiya qurmaq ehtimalı və ABŞ prezidenti Donald Trampın təsiri səbəbindən mövqeyini dəyişib.

Mənbələrdən birinin sözlərinə görə, HƏMAS bu qorxular üzündən indi hərtərəfli və real bir razılaşma əldə etməyə çalışır: “Bu, daimi atəşkəsə gətirib çıxarmalıdır”.

Bildirilib ki, təşkilat hazırkı mərhələdə döyüşlərdən sonra Qəzzanı idarə edəcək texnokrat hökumətinin yaradılmasına qarşı çıxmır.

Xuraman Etibarlı

İnterpress.az