Hərbi xidmətdən yayınan 16 nəfər Ukraynadan Moldovaya ət adı altında keçməyə CƏHD ETDİ – FOTObackend

Hərbi xidmətdən yayınan 16 nəfər Ukraynadan Moldovaya ət adı altında keçməyə CƏHD ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Hərbi xidmətdən yayınan 16 nəfər gizli yol ilə Ukraynadan Moldovaya ət adı altında keçməyə cəhd edib.

interpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Daşıma 39 yaşlı iki əcnəbi tərəfindən təşkil edilib. Onların vətəndaşlığı göstərilməyib. Onlar Ukraynadan soyuducuda ət gətirib pul qazanmaq qərarına gəliblər.

Bir fərarinin qaçışı üçün soyuducuda səyahət 6 ilə 8 min avro arasındadır.

Daşıyıcılar Moldova ərazisinə qanuni giriş haqqında pasportda möhür üçün daha 2 min avro almağı planlaşdırırdılar.

Ətçilər Odessada polis tərəfindən saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az