Hərbi xidmətlə bağlı yeni qərar qəbul edilirbackend

Hərbi xidmətlə bağlı yeni qərar qəbul edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda hərbi xidmətlə bağlı yeni qərar qəbul edilir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Müdafiə Məcəlləsinə yeni dəyişikliklər daxil edilib. 

Belə ki, artıq Parlamentə layihə təqdim edilib və ona sürətləndirilmiş şəkildə baxılması planlaşdırılır.

Layihə əsasən icbari hərbi xidmət və onun təxirə salınması ilə bağlıdır. 

Parlamentin İnsan hüquqlarının müdafiəsi və vətəndaş inteqrasiyası komitəsi bu gün bu məsələni müzakirə edəcək.

Dəyişikliklərə əsasən, möhlət hüququndan yalnız ali təhsil proqramı tam şəkildə distant olmayan və ali təhsil proqramı üzrə aktiv statusu olan tələbə yararlana bilər.

Şəxs məcburi hərbi xidmətə çağırıldıqdan 15 təqvim günü ərzində şikayət etmək imkanına malik olacaq.