Hikmət Hacıyev: “ABŞ Konqresində Ermənistanın təxribatını başa düşən çoxlu sayda insan var”backend

Hikmət Hacıyev: “ABŞ Konqresində Ermənistanın təxribatını başa düşən çoxlu sayda insan var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni lobbisi ABŞ Konqresinə müraciət edib. Konqresdə bəziləri erməni lobbisi ilə əlbir şəkildə hərəkət edir”.

İnterpress.az-ın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Konqresin etik komitəsi tərəfindən onların çirkin əməlləri araşdırılmalıdır: “Onlar tərəfindən təxribat əməlləri həyata keçirilib, ancaq qarşısı alınıb. Konqresdə Ermənistanın təxribatını başa düşən çoxsaylı insan var”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, onların bu cəhdləri uğursuzluqla nəticələnib: “Bu baxımdan Konqresdə Azərbaycanla strateji əməkdaşlığı başa düşən insanların rolunu qeyd etmək istəyərdim”.

İnterpress.az