Hikmət Hacıyev:  Atəşkəs sülh deyilbackend

Hikmət Hacıyev: Atəşkəs sülh deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskvada qəbul edilmiş bəyanatdan sonra Ermənistanın Silahlı Qüvvələrimizə qarşı təxribatı davam etməkdədir”.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu, Ermənistanın riyakarlığını göstərir.

“Atəşkəs elan edildikdən sonra da Ermənistan atəşkəs rejimini pozmaqda davam edir. Azərbaycan Silahlı Qüvvələri təxribatlara cavab verir. Beynəlxalq ictimaiyyət Ermənistanın riyakar siyasətini bir daha görməkdədir. Atəşkəs sülh deyil. Atəşkəs sülh prosesinin irəli aparılması üçün vasitələrdən biri ola bilər. Mövcud dövrdə Moskvada qəbul olunmuş bəyanat humanitar əsaslarla qəbul olunmuş bir atəşkəs rejimidir”.

İnterpress.az