Hikmət Hacıyev: “Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır”backend

Hikmət Hacıyev: “Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Naxçıvanın Ordubad rayonuna raket hücumu edib. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafiyasını genişləndirməyə çalışdığına dəlalət edir”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Hərbi əməliyyat teatrının xaricində Azərbaycan şəhərlərinə raket atəşi açılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, – o vurğulayıb.

Armenia launched missile attack to Ordubad region in Nakhchivan. It testifies that Armenia by all means tries to enlarge geographical scope of conflict. Beyond theatre of military operations fires missiles to cities of Azerbaijan. All responsibility lies on Armenia.

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 16, 2020

 

İnterpress.az