Hikmət Hacıyev İbrahim Kalınla telefonda danışıbbackend

Hikmət Hacıyev İbrahim Kalınla telefonda danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyevlə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın arasında telefon danışığı olub.

Bu barədə Prezident köməkçisi öz tvitter səhifəsində bildirib.

“Daim təmasda olduğum yaxşı dostum İbrahim Kalınla telefon danışığımdan məmnunam. Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin ATƏT-in və Minsk Qrupunun üzvü və regionun lider ölkəsi kimi vacib rolunu bir daha təsdiq etdik”, – H.Hacıyev yazıb.