Çinin xarici işlər naziri Vanq Yinin səfərindən sonra Hindistan və Çin mümkün qədər tez bir zamanda birbaşa uçuşları bərpa etmək barədə razılığa gəliblər.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Pandemiya zamanı Hindistan və Çin arasında birbaşa uçuşlar dayandırılıb.
2020-ci ilin mayında Ladax bölgəsində baş verən silsilə insidentlərdən sonra ölkələr arasında münasibətlərin soyuması uçuş vəziyyətinə də təsir edib.
“Hər iki tərəf materik Çin və Hindistan arasında birbaşa uçuşları mümkün qədər tez bərpa etmək və yenilənmiş hava nəqliyyatı sazişini yekunlaşdırmaq barədə razılığa gəliblər.
Onlar həmçinin hər iki istiqamətdə turistlərə, biznes nümayəndələrinə, media nümayəndələrinə və digər ziyarətçilərə vizaların verilməsini sadələşdirməyə razılaşıblar”, – XİN-in bəyanatında deyilir.
Xuraman Etibarlı
İnterpress.az