Hindistanda helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölübbackend

Hindistanda helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda helicopter qəzaya uğrayıb.

“Sikorsky S-76” helikopterinin Hindistan Neft və Qaz Korporasiyasının qazma platformasına enmək cəhdi 4 nəfərin ölümü ilə nəticələnib.

Hadisə iyunun 28-də Ərəbistan dənizinin Hindistan sahillərində baş verib.

Təyyarənin göyərtəsində 9 nəfər olub.

Helikopter dənizə düşdükdən sonra onların hamısı xilas edilib.

Lakin zərərçəkənlərdən dördü aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Onlardan 3 nəfəri neft şirkətinin işçisidir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.